Türkiyənin Muğla vilayətinin Bodrum sahillərində qanunsuz miqrantları daşıyan rezin qayıq batıb.
Modern.az xəbər verir ki, NTV-nin məlumatına görə, hadisə nəticəsində 19 qanunsuz miqrant ölüb. Hadisənin səbəbi hələlik məlum deyil.
Daxil olan məlumatdan sonra əraziyə sahil mühafizə qrupları göndərilib. Onlar əvvəlcə 11 qanunsuz miqrantın cəsədini aşkar ediblər.
Xilasetmə işləri davam etdikcə ölənlərin sayı 19-a çatıb. Həmçinin 20 nəfər xilas edilib.
Qurbanlardan birinin körpə olduğu bildirilir.