Modern.az

Amerika NATO-dan çıxa bilər - Trampdan şok açıqlama

Amerika NATO-dan çıxa bilər - Trampdan şok açıqlama

Dünya

Bu gün, 13:20

ABŞ prezidenti Donald Tramp bildirib ki, NATO ölkələri İrana qarşı müharibəyə qoşulmadığı üçün Vaşinqton alyansdan çıxmağı ciddi şəkildə nəzərdən keçirir.

Modern.az xəbər verir ki, tramp bunu "The Telegraph" qəzetinə müsahibəsində deyib.

"NATO mənə heç vaxt təsir etməyib. Mən həmişə onların ( alyans üzvlərinin) kağız pələnglər olduğunu bilmişəm və yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin də bunu bilir", - deyə Tramp söyləyib.

ABŞ prezidenti NATO-dakı müttəfiqlərdən kömək umduğunu vurğulayıb.
O, NATO üzvlərinə sadəcə "ey" dediyini və əslində indiyədək onların müharibədə iştirakını tələb etmədiyini" bildirib. Onun fikrincə, NATO ölkələri avtomatik olaraq müharibədə iştirak etməli idilər.

"Biz avtomatik olaraq hər yerdə idik, o cümlədən Ukraynada. Ukrayna bizim problemimiz deyildi. Bu, bir sınaq idi və biz onlar üçün orada idik və həmişə onlar üçün orada olardıq. Amma onlar bizim yanımızda olmadılar", - deyə o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!