Modern.az

Zelenski qərarı dünən verməli idi - Kreml qəzəblidir

Zelenski qərarı dünən verməli idi - Kreml qəzəblidir

Dünya

Bu gün, 14:24

"Bu, iki aylıq məsələ deyil. Zelenski bu gün qərar verməlidir".

Modern.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin Donetsk bölgəsindən çıxarılması tələbi ilə bağlı Kremlin tələblərindən danışarkən bunları deyib.

Onun sözlərinə görə, Vladimir Zelenski Ukrayna qoşunlarının Donbasdan çıxarılması ilə bağlı "dünən" qərar verməli idi.

"İki aya gəldikdə isə, bu, iki aylıq məsələ deyil. Zelenski bu gün Ukrayna qoşunlarının Donbasdan çıxarılması ilə bağlı qərar verməlidir. Və onlar Donetsk Xalq Respublikasının inzibati sərhədlərini tərk etməlidir".

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Donetsk bölgəsindən çıxarılması qərarı "bu müharibənin qaynar mərhələsini dayandıra bilər".

Xatırladaq ki, Volodimir Zelenski əvvəllər bildirib ki, Rusiya danışıqların bir hissəsi olaraq Ukraynadan qoşunlarını iki ay ərzində Donetsk bölgəsindən çıxarmağı tələb edir və bunu etməsə, tələblərinin dəyişəcəyi ilə hədələyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!