Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı hərbi kampaniyanı şərh edərkən bildirib ki, regiondakı müharibənin əsas günahkarı İsrail hökumətidir.
Modern.az xəbər verir ki, Ərdoğan bu barədə AK Partiyanın parlament qrupunun toplantısında danışıb.
"Bölgəmizi təkcə viranəlik yerinə çevirməyən, həm də bütün bəşəriyyətə ağır iqtisadi yük gətirən bu qanunsuz müharibənin əsas məsuliyyət daşıyan tərəfi münaqişə, xaos və böhranlar içində batmış İsrail hökumətidir", - deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan deyib ki, müharibə davam edir, təhlükə səviyyəsini artırır: "Bizim prioritetimiz ölkəmizin bu dövrdən insidentsiz keçməsidir. Türkiyəni bu yanğından uzaq tutmaqda qərarlıyıq".
ABŞ və İsrailin İrana hücumlarından danışan Ərdoğan bildirib: "Unutmaq olmaz ki, bu müharibədə tökülən hər damla qan Netanyahunun siyasi həyatını uzadan bir həyat xətti olacaq. İsrail hökuməti əsasən bölgəmizi müharibə zonasına çevirməklə yanaşı, bütün bəşəriyyətə iqtisadi yük də qoyan bu qanunsuz müharibəyə görə məsuliyyət daşıyır. Ümidimiz odur ki, sülh yolu daha çox qan tökülmədən açılacaq. Bunun üçün əlimizi, lazım gələrsə, gövdəmizi daşın altına qoymağa davam edəcəyik".