Modern.az

Qiymətləri aşağı olan tələbələr orduya çağırılacaq

Qiymətləri aşağı olan tələbələr orduya çağırılacaq

Dünya

Bu gün, 16:33

Rusiyanın ali məktəblərinə müqaviləli hərbi xidmətlə bağlı plan verilib

Modern.az xəbər verir ki, Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov 2026-cı ilin əvvəlində rektorlarla keçirdiyi görüşdə yeni tapşırıq açıqlayıb.

Məlumata görə, ölkə universitetlərində təhsil alan tələbələrin azı 2%-i Müdafiə Nazirliyi ilə müqavilə imzalamalıdır.

Qeyd edilən planın icrası nəticəsində orduya 44 min nəfərin cəlb olunması mümkündür. Kolleclər də nəzərə alınarsa, bu rəqəm 76 minə qədər arta bilər.

Bildirilir ki, prosesdə əsas diqqət aşağı akademik göstəricilərə malik tələbələrə yönəldilir.

Sizə yeni x var
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!