Modern.az

İran İsrailin neft tankerini vurdu

İran İsrailin neft tankerini vurdu

Dünya

Bu gün, 18:33

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında neft tankerini vurduğunu bildirib.

Modern.az xəbər verir ki, bu barədə SEPAH sosial şəbəkələrdəki rəsmi səhifəsində məlumat yayıb.

"SEPAH-ın raket zərbəsi nəticəsində "Aqua 1" adlı neft tankeri vurulub", - məlumatda qeyd edilib.

Korpusdan əlavə ediblər ki, İsraillə əlaqəli tanker alova bürünüb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Sizə yeni x var
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!