Modern.az

İranın yeni dəniz strategiyası: ödə, keç

İranın yeni dəniz strategiyası: ödə, keç

Dünya

Bu gün, 10:12

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gəmilərə yuan və ya kriptovalyuta ilə ödəniş müqabilində Hörmüz boğazından təhlükəsiz keçid təklif edir.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri gəmiçilik sənayesi nümayəndələri və İran rəsmilərinə istinadən məlumat yayıb.

"Bloomberg"in məlumatına görə, sxem belə işləyir: gəmi operatorları SEPAH ilə bağlı vasitəçi şirkətlə əlaqə saxlamalı və gəminin sahibi, bayrağı, yükü, təyinat yeri, heyəti və s. məlumatları haqqında məlumat verməlidirlər.

İran tərəfi gəminin İsrail, ABŞ və ya Tehranın düşmən hesab etdiyi digər ölkələrlə əlaqəli olub-olmadığını yoxlayır. Təsdiqləndikdən sonra ödəniş məbləği ilə bağlı danışıqlar başlayır. Ödəniş  yuan və ya koinlərlə edilməlidir.

Ödənişdən sonra SEPAH gəmiyə gizli kod və marşrutlaşdırma təlimatları verir. Keçid zamanı gəmi boğazdan tranzit danışıqları aparan vasitəçi ölkənin bayrağını qaldırmalı və bəzi hallarda qeydiyyatını həmin ölkənin bayrağı ilə dəyişdirməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Putinin üzünə bunları dedi - Rədd cavabı onu şok etdi