Ermənistan rəsmiləri Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kirienko ilə əlaqə saxlamağa çalışsalar da, rədd cavabı alıblar.
Modern.az bu barədə "Hraparak"a istinadən xəbər verir.
Qəzetin məlumatına görə, fevral ayında Moskvaya səfəri zamanı parlamentin sədri Alen Simonyan Kirienko ilə görüşmək istəsə də, onun cəhdi baş tutmayıb. Baş nazir Nikol Paşinyan da Moskvaya son səfəri zamanı öz aparata rəhbəri Arayik Arutunyanın Kirienko ilə görüşünü keçirməyə çalışıb, amma cəhdi baş tutmayıb.