Modern.az

İran Küveytin neft zavodu vurdu

İran Küveytin neft zavodu vurdu

Dünya

Bu gün, 11:56

İran cümə günü səhər saatlarında dronlar vasitəsilə Küveytin “Mina əl-Əhmədi” neft emalı zavoduna və onun ixrac mərkəzinə hücum edib.

Modern.az xəbər verir ki, Küveytin KUNA dövlət xəbər agentliyinin məlumatına görə, hücumlardan sonra paytaxtdan 45 kilometr cənubda yerləşən zavodda yanğın baş verib.

Ərəb ölkəsinin Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə qüvvələri hazırda İranın ballistik raket və dron hücumlarını dəf edir.

Xatırladaq ki, bu, İranın “Mina əl-Əhmədi” neft emalı zavoduna ilk hücumu deyil. Martın 20-də qeydə alınan öncəki hücum nəticəsində zavodun bəzi bölmələrinə ciddi zərər dəymişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı