İranın cənubundakı Buşehr əyalətində Qızıl Aypara Cəmiyyətinin şöbəsinə hava hücumu olunub.
Modern.az xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
Zərbələr nəticəsində humanitar yardımla dolu iki konteyner məhv edilib .
"Hücum 3 aprel tarixində Buşehr bölgəsinin Çoqadak yaşayış məntəqəsində baş verib. Zərbə nəticəsində humanitar yardım daşımaq üçün istifadə edilən iki təkərli konteyner, eləcə də bir avtobus və bir xilasetmə maşını məhv edilib", - deyə açıqlamada bildirilir.