İran Silahlı Qüvvələri fevralın 28-dən bu yana İsrail və ABŞ-a məxsus 160-dan çox müxtəlif pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə İranın hava hücumundan müdafiə qüvvələrinin birgə qərargahının komandanı Əli Rza Əlahami məlumat verib.
Komandan bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri bir neçə müasir düşmən qırıcı təyyarəsini, 160-dan çox PUA-nı, o cümlədən ABŞ istehsalı MQ-9, İsrail istehsalı Hermes və Lucas aparatlarını, həmçinin onlarla qanadlı raketi məhv edib.