ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda Bu gün İranın cənubunda yerləşən Buşehr vilayətində Buşehr Atom Elektrik Stansiyasının (AES) ərazisinə yenidən hücum edilib.
Modern.az-ın məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatı "X" hesabında paylaşım edib.
Bildirilib ki, Buşehr AES-in ərazisinə bir raket düşüb. Baş verən partlayış nəticəsində stansiyanın kənar binalarından birinə ziyan dəyib və mühafizəçilərdən biri ölüb.
Bu hücum nəticəsində Buşehr AES-in əsas hissələrinə ziyan dəymədiyi və stansiyanın elektrik istehsalına hər hansı maneə yaranmadığı qeyd olunub.
Bu, 28 fevraldan bəri Buşehr AES-ə 4-cü hücum hesab olunur.