Modern.az

İran bəzi gəmilərin Hörmüz boğazından keçidinə icazə verdi

İran bəzi gəmilərin Hörmüz boğazından keçidinə icazə verdi

Dünya

Bu gün, 15:38

İran hakimiyyəti humanitar yüklər və zəruri tələbat malları olan gəmilərin ölkə limanları istiqamətində Hörmüz boğazından keçməsinə icazə verib.

Modern.az məlumat verir ki, bu barədə İranın Kənd Təsərrüfatı Nazirliyinin Ticarət inkişafı departamentinin rəhbəri Humən Fəthinin İranın Limanlar və Dənizçilik Təşkilatına ünvanladığı məktubda öz əksini tapıb.

Məktubda bildirilir ki, sözügedən məsələ ilə əlaqədar İran hökuməti və Silahlı Qüvvələr öz razılıqlarını elan edib.

Bildirilib ki, söhbət, xüsusən də, zəruri tələbat malları və yem ehtiyatları daşıyan gəmilərdən gedir.

Məktubda Oman körfəzində olan və yaxudda İrana doğru hərəkət edən gəmilərin protokollar əsasında keçidi üçün lazımi öhdəliklərin yerinə yetirilməsi və hansı gəmilərin Hörmüz boğazından keçəcəyi qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı