Modern.az

İran Hörmüz boğazında İsrailə məxsus gəmini vurdu

İran Hörmüz boğazında İsrailə məxsus gəmini vurdu

Dünya

Bu gün, 16:10

İran Hörmüz boğazında İsrailə məxsus gəmiyə dron zərbəsi endirib.

Modern.az xəbər verir ki, bu barədə İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri komandanlığına istinadən məlumat yayıb.

Qeyd edilib ki, Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə pilotsuz təyyarə zərbə endirib və nəticədə gəmidə böyük yanğın baş verib.

Bildirilib ki, strateji su yolunda toqquşmadan sonra gəmi alovlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı