Modern.az

Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA

Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA

Dünya

Bu gün, 19:17

Erməni mənbələrinin yaydığı məlumata görə, Rusiya rəhbərliyi bir neçə həftə əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla münasibətlərin davam etdirilməsinin məqsədəuyğun olmadığı qənaətinə gəlib.

Modern.az xəbər verir ki, iddialara əsasən, Moskva Paşinyanın Rusiya paytaxtında verdiyi vədlərlə İrəvanda həyata keçirdiyi siyasətin fərqli olduğunu və bunun Rusiya-Ermənistan münasibətlərinə zidd getdiyini düşünür.

Məlumatda bildirilir ki, bu səbəbdən Rusiyada əsas dövlət strukturlarının rəhbərlərinə Ermənistan daxilində Rusiya ilə münasibətləri bərpa etməyi hədəfləyən siyasi qüvvələrin hakimiyyətə gəlməsi üçün səylərin artırılması ilə bağlı göstəriş verildiyi iddia olunur.

Həmçinin qeyd edilir ki, Ermənistan hakimiyyəti daxilində bəzi dairələr ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin gücləndirilməsinə çalışsa da, eyni zamanda Moskva ilə əlaqələri qorumağa cəhd edir.

İddialara görə, Moskvaya son səfər zamanı əvvəlcə parlamentin spikeri Alen Simonyan Kremlin Ermənistan üzrə kuratoru Sergey Kiriyenko ilə görüşməyə cəhd etsə də, bu baş tutmayıb. Daha sonra Paşinyanın da belə bir görüş təşkil etməyə çalışdığı, lakin nəticə əldə olunmadığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı