Modern.az

Ermənistan yeni diplomatlar hazırlayır - 300 milyon dram ayrıldı

Ermənistan yeni diplomatlar hazırlayır - 300 milyon dram ayrıldı

Dünya

Bu gün, 20:16

Ermənistan hökuməti Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Diplomatik Məktəbə 301 milyon 467 min 600 dram (Təxminən 1 milyon 280 min manat - red.) vəsait ayırıb.

Modern.az xəbər verir ki, ayrılan vəsait diplomatların və dövlət qurumlarının xarici əlaqələr üzrə əməkdaşlarının yenidən hazırlanmasına yönəldiləcək.

Məlumata görə, proqram çərçivəsində 20 nəfər “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə təlim keçəcək. Bundan əlavə, 120-yə qədər əməkdaş “Xarici əlaqələr şöbələrinin yenidən hazırlanması”, “Konsulluq fəaliyyəti”, eləcə də xarici diplomatlar üçün nəzərdə tutulan kurslar və digər istiqamətlər üzrə təhsil alacaq.

Layihə iştirakçıların əldə etdiyi biliklərin qiymətləndirilməsini də nəzərdə tutur.

Qeyd edək ki, bəzi şərhlərdə bu proqramın Ermənistanın yeni xarici siyasət kursu çərçivəsində diplomatların daha effektiv fəaliyyət göstərməsinə xidmət edəcəyi bildirilir.

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı