Pakistanın İran ilə ABŞ arasında vasitəçilik təşəbbüsləri davam edir və prosesin müsbət istiqamətdə irəlilədiyi bildirilir.
Modern.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Pakistanın İran və ABŞ arasında vasitəçilik fəaliyyəti düzgün istiqamətdə davam edir və bu təşəbbüsün dayandırılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə əməliyyata başlayıb. İran isə cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib. Bundan başqa, İran qüvvələri ABŞ-nin Fars körfəzi regionunda yerləşən hərbi bazalarını hədəf alıb. Yaxın Şərqdə yaranmış gərginlik səbəbindən bəzi ölkələr hava məkanını müvəqqəti olaraq bağlayıb. Həmin gün İranın ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində həyatını itirib.
Regionda gərginliyin azaldılması məqsədilə Pakistan və Çin beş maddədən ibarət sülh təşəbbüsü irəli sürüb.