Modern.az

İrandan ABŞ bazalarına PUA HÜCUMU

İrandan ABŞ bazalarına PUA HÜCUMU

Dünya

Bu gün, 01:25

İran Ordusu ABŞ-nin regionda yerləşən hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum həyata keçirib.

Modern.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 55 saylı bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, ABŞ Ordusuna məxsus raket və döyüş PUA-larını müəyyən edən radar sistemi, Birləşmiş Ərəb Əmirliklərində yerləşən alüminium zavodu, həmçinin ABŞ-nin Küveytdəki mexanikləşdirilmiş, zirehli və helikopter bölmələrinin komanda qərargahı “Arash 2” tipli dronların hədəfi olub.

Həmçinin vurğulanıb ki, İran ABŞ-nin regiondakı hərbi obyektlərinə qarşı hücumlarını davam etdirmək niyyətindədir.

SEPAH-ın 55 saylı bəyanatında ABŞ-yə məxsus iki helikopteri zərərsizləşdirən yerli tayfalara təşəkkür də ifadə olunub.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Eyni zamanda İran qüvvələri Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarını da hədəfə alıb. Regionda gərginliyin artması fonunda bir sıra ölkələr hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində həyatını itirib.

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı