“Trampın istefa verməsi daha məqsədəuyğun olardı”.
Modern.az-ın məlumatına görə, bu fikri İranın ali liderinin hərbi müşaviri Möhsün Rzayi səsləndirib.
O, ABŞ generallarının sıralarında aparılan işdən azadetmələrə münasibət bildirərək qeyd edib: “Onlar İranın hava hücumundan müdafiə sistemlərini sıradan çıxardıqlarını iddia etdilər. Həmişə olduğu kimi, yenə yalan danışdılar. Ola bilsin ki, hərbi rəhbərlik deyil, məhz Donald Tramp istefa versəydi, daha yaxşı olardı. Biz bu qarşıdurmaya illərdir hazırlaşırıq və gözlənilməz addımlar davam edəcək...”, – deyə Rzayi "X" sosial şəbəkəsində paylaşım edib.