Modern.az

İraqın neft anbarları VURULDU

İraqın neft anbarları VURULDU

Dünya

Bu gün, 10:27

İraqın İranla sərhəddə yerləşən cənub-şərq bölgəsində - Maysan əyalətindəki Buzurgan neft yatağında yerləşən neft anbarları pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Modern.az-ın məlumatına görə, bu barədə açıqlama İraqın Neft Nazirliyi tərəfindən verilib. Bildirilib ki, dronlar Buzurgan yatağında yerləşən Missan neft obyektlərini hədəf alıb.

İlkin məlumatlarda hadisə nəticəsində insan itkisi qeydə alınmadığı vurğulanır. Eyni zamanda, mümkün maddi zərərin həcmi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, şənbə günü İraqda İranla bağlı münaqişəyə etiraz olaraq on minlərlə insanın qatıldığı aksiyalar keçirilib. İran tərəfi isə İraq neftinin Hörmüz boğazından maneəsiz keçidinə icazə verildiyini bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı