Modern.az

Dünya ticarətinin boğazı sıxıldı - 3 min gəmi Hörmüzdə ilişdi

Dünya ticarətinin boğazı sıxıldı - 3 min gəmi Hörmüzdə ilişdi

Dünya

Bu gün, 15:35

Üç minə yaxın gəmi Hörmüz boğazından keçə bilmir.

Modern.az xəbər verir ki, bu barədə məlumatı "Al Jazeera" yayıb.

Məlumata görə, 2000-dən 3000-ə qədər gəmi boğazın girişində qalıb və hərəkət edə bilmir.

"Lloyd's List" nəşrinin məlumatına əsasən, martın 1-dən etibarən Hörmüz boğazında dəniz hərəkəti 94 faiz azalıb. Bildirilir ki, əvvəllər gündəlik təxminən 100 gəmi bu marşrutdan istifadə edirdi, hazırda isə yalnız İranın müəyyən etdiyi istiqamətlər üzrə məhdud sayda gəmi hərəkət edir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail tərəfindən İrana qarşı birgə hərbi əməliyyat başladılıb. Bu prosesdə İranın ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər həlak olub. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, eyni zamanda ABŞ-nin Fars körfəzi regionundakı hərbi bazalarını hədəf alıb. Nəticədə Hörmüz boğazı ABŞ, İsrail və onların müttəfiqləri üçün faktiki olaraq bağlanıb.

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı