ABŞ, İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilən F-15 qırıcısının ağır yaralanmış ekipaj üzvünü xilas edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trump "Truth Social" platformasında paylaşım edib.
"İranın dağlıq ərazilərinin dərinliklərində ağır yaralanmış, lakin böyük cəsarət nümayiş etdirən F-15 ekipaj üzvünü – zabiti xilas etdik. İran hərbçiləri fəal axtarış aparır və ona yaxınlaşırdılar. O, yüksək hörmətə malik polkovnikdir. İnsanlar və texnika üçün risklərə görə belə əməliyyatlar çox nadir hallarda icra olunur", – deyə paylaşımda qeyd edilib.
Tramp bildirib ki, amerikalı hərbçi İran hava məkanında həyata keçirilən yeddi saatlıq ikinci əməliyyat nəticəsində xilas olunub.
"Bazar ertəsi saat 13:00-da Oval kabinetdə hərbçilərlə birlikdə mətbuat konfransı keçirəcəyəm", – deyə ABŞ rəhbəri əlavə edib.
Qeyd edək ki, bu açıqlama İran tərəfinin ABŞ Silahlı Qüvvələrinin vurulan təyyarənin pilotlarını xilas etməyə cəhdinin uğursuz olduğu barədə yaydığı məlumat fonunda səsləndirilib.