Modern.az

ABŞ - İran danışıqlarında nümayəndə heyətləri məlum oldu - SİYAHI

ABŞ - İran danışıqlarında nümayəndə heyətləri məlum oldu - SİYAHI

Dünya

Bu gün, 18:03

Aprelin 10-da Pakistanın paytaxtı İslamabadda keçiriləcək ABŞ-İran danışıqlarında rəsmi Tehranı kimlərin təmsil edəcəyi açıqlanıb.

Modern.az xəbər verir ki, Livanın “Əl-Məyadin” telekanalının məlumatına görə, İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlarda rəsmi Tehran adından iştirak edəcək.

Qalibafı Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zülqədr və xarici işlər naziri Abbas Əraqçi də müşayiət edəcək.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ev sahibinin nümayəndə heyətinə rəhbərlik edəcək.

“Əl-Məyadin” həmçinin iddia edib ki, İslamabad danışıqlarındakı Amerika nümayəndə heyətinə ABŞ vitse-prezidenti Cey Di Vens rəhbərlik edəcək.

Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff, prezident Trampın kürəkəni Cared Kuşner və ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper bu danışıqlar raundunda Amerika nümayəndə heyətini təşkil edəcəklər.

Xatırladaq ki, aprelin 8-də ABŞ-İran müharibəsilə bağlı iki həftəlik atəşkəs razılaşması əldə olunub.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada