Modern.az

İsrael Kats: "Hizbullah" ağır itkilər verib

İsrael Kats: "Hizbullah" ağır itkilər verib

Dünya

Bu gün, 19:07

İsrailin müdafiə naziri “Hizbullah”ın ağır itkilər verdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Kats ölkəsinin həyata keçirdiyi əməliyyat nəticəsində “Hizbullah”a ciddi zərbə vurulduğunu bildirib. Onun sözlərinə görə, “Əbədi qaranlıq” əməliyyatı təşkilatı şok və çaşqın vəziyyətə salıb.

“Dünən 200-dən çox terrorçu zərərsizləşdirilib. Bu kampaniya çərçivəsində məhv edilən döyüşçülərin sayı 1400-ü keçib. Bu, İkinci Livan müharibəsi ilə müqayisədə iki dəfədən çoxdur”, – deyə nazir qeyd edib.

Kats əlavə edib ki, Hizbullah hazırda atəşkəsə nail olmağa çalışır və təşkilatın əsas dəstəkçisi olan İran da bu istiqamətdə təzyiqlər göstərir.

Nazir vurğulayıb ki, İsrail Müdafiə Qüvvələri istənilən ssenariyə hazırdır və İran tərəfindən hücum olacağı təqdirdə bütün gücü ilə cavab verməyə hazırdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada