Modern.az

Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir

Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir

Dünya

Bu gün, 19:33

Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir.

Modern.az xəbər verir ki, Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Tehrana xüsusi nümayəndə göndərilməsi barədə qərar qəbul edib.

Məlumata görə, səfərin əsas məqsədi Yaxın Şərqdə gərginləşən vəziyyətin müzakirəsi və ikitərəfli münasibətlər gündəliyindəki aktual məsələlərin həllidir.

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı Hörmüz boğazından sərbəst gəmiçiliyin təmin olunmasının kritik əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada