Modern.az

Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı

Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı

Dünya

Bu gün, 20:00

İsrailin Baş naziri Benyamin Netanyahu Livanla birbaşa danışıqların başlanması üçün hökumətə göstəriş verib.

Modern.az xəbər verir ki, Netanyahu bildirib ki, Livan tərəfinin dəfələrlə etdiyi müraciətlərə cavab olaraq Nazirlər Kabinetinə ən qısa zamanda danışıqlara başlamaq tapşırılıb.

Onun sözlərinə görə, danışıqların əsas gündəliyində "Hizbullah" təşkilatının silahsızlaşdırılması və İsrail ilə Livan arasında sülh münasibətlərinin qurulması məsələləri dayanacaq.

İsrail Baş naziri, həmçinin Livanın Baş nazirinin Beyrutun demilitarizasiyası ilə bağlı çağırışını alqışladıqlarını qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada