İsrail və Livan arasında birbaşa danışıqların gələn həftə ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcəyi gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə Axios-un jurnalisti Barak Ravid sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Qeyd olunub ki, ilk görüş ABŞ Dövlət Departamentində baş tutacaq. Danışıqlarda ABŞ tərəfini Livandakı səfir Mişel İssa təmsil edəcək.
İsrail nümayəndə heyətinə Vaşinqtondakı səfir Yexiel Leyter, Livan tərəfinə isə Vaşinqtondakı səfir Nada Hamade-Muavad rəhbərlik edəcək.
Tərəflər arasında birbaşa təmasların başlanması regionda gərginliyin azaldılması baxımından mühüm addım kimi qiymətləndirilir.