İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib.
Modern.az xəbər verir ki, Əraqçı bu barədə sosial şəbəkə X-də paylaşım edib. O, bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun məhkəmə prosesi bu bazar günü yenidən başlayacaq.
Nazirin sözlərinə görə, Livanı da əhatə edən atəşkəs razılaşması Netanyahunun həbs olunmasını daha da sürətləndirə bilər.
Əraqçı qeyd edib ki, ABŞ-nin seçimi bu məsələdə həlledici olacaq:
“Əgər ABŞ Netanyahunun diplomatiyanı məhv etməsinə imkan verərsə və bununla öz iqtisadiyyatına zərbə vurarsa, bu, onların seçimidir. Biz hesab edirik ki, bu, axmaqlıq olar”, – deyə o, vurğulayıb.
İranın baş diplomatı əlavə edib ki, Tehran istənilən ssenariyə qarşı hazırdır və regiondakı prosesləri diqqətlə izləyir.