Modern.az

Almaniya İranla danışıqları bərpa edir

Almaniya İranla danışıqları bərpa edir

Dünya

9 Aprel 2026, 22:39

Almaniya Kansleri Fridrix Merts İranla bağlı danışıqların yenidən başladıldığını açıqlayıb.

Modern.az xəbər verir ki, Merts hazırda İran ətrafında vəziyyətin tənzimlənməsi üçün “imkan pəncərəsi”nin açıldığını bildirsə də, ümumi vəziyyətin hələ də “kövrək” olaraq qaldığını vurğulayıb. Onun sözlərinə görə, Berlin Tehranla danışıqları ABŞ və Avropadakı tərəfdaşlarla koordinasiyalı aparır.

Kansler, həmçinin İsrailin Livanın cənubuna zərbələrini tənqid edib. O, qeyd edib ki, bu cür sərt hərbi addımlar ümumi sülh prosesinə zərbədir. 

Bununla yanaşı o, NATO daxilində parçalanma istəmədiklərini bildirib və alyansın xüsusilə Avropa üçün əsas təhlükəsizlik təminatçısı olduğunu vurğulayıb. Kansler neft qiymətlərinin yenidən artmasının mümkünlüyünü də istisna etməyib. ABŞ hərbçilərinin Almaniyadan çıxarılması və ya ölkədə yerləşən Amerika hərbi infrastrukturunun istifadəsinə məhdudiyyət qoyulması məsələlərinin müzakirə olunmadığını deyən Merts, bu istiqamətdə mövcud siyasətin dəyişmədiyini qeyd edib.

O, həmçinin ABŞ Prezidentinin İranın tamamilə məhv edilməsi kimi ssenarisini daha çox siyasi strategiyanın bir hissəsi kimi qiymətləndirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada