Modern.az

Müctəba Xamenei iranlılara çağırış etdi

Müctəba Xamenei iranlılara çağırış etdi

Dünya

9 Aprel 2026, 23:00

İranın ali dini lideri Müctəba Hüseyni Xamenei ölkə vətəndaşlarına müraciət edərək diqqətçəkən mesajlar verib.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, o, çıxışında mövcud şəraitdə cəmiyyət daxilində birlik və qarşılıqlı həssaslığın qorunmalı olduğunu vurğulayıb.

Xameneinin sözlərinə görə, müharibə ilə bağlı yaranan çatışmazlıqlar qaçılmazdır, lakin insanların bir-birinə dəstəyi bu təsirləri azalda bilər.

Müraciətdə ikinci vacib məqam informasiya təhlükəsizliyi ilə bağlı olub. O, iranlıları “düşmən tərəfindən dəstəklənən” media resurslarından uzaq durmağa çağırıb və bu cür mənbələrin yaydığı məlumatlara inanmamağı tövsiyə edib.

Xamenei üçüncü mesajında isə daha sərt mövqe sərgiləyib. O, qeyd edib ki, xalq şəhidlərin qisasını almaq əzmini itirməməli və bu günün gələcəyini gözləməlidir.

Sizə yeni x var
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada