ABŞ Müharibə Nazirliyi İrana qarşı keçirilən əməliyyatlarla bağlı itkiləri açıqlayıb.
Modern.az xəbər verir ki, məlumata görə, 9 aprel tarixinə qədər ümumilikdə 380 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralananlar arasında:
Hərbi Dəniz Qüvvələrində – 63 nəfər,
Hərbi Hava Qüvvələrində – 40 nəfər,
Dəniz Piyadalarında – 19 nəfər,
Quru Qoşunlarında – 258 nəfər qeydə alınıb.
Bildirilir ki, yaralananların 44-ü qadın, 332-si kişidir. Daha 4 hərbçi ilə bağlı məlumat açıqlanmayıb.