Modern.az

Melaniya Tramp: “Epşteynin qurbanı deyiləm”

Melaniya Tramp: “Epşteynin qurbanı deyiləm”

Dünya

Bu gün, 01:22

ABŞ-nin birinci xanımı Melaniya Tramp onun adının Ceffri Epşteyn ilə hallandırılmasına münasibət bildirib.

Modern.az xəbər verir ki, o, bu iddiaları “yalan və əsassız” adlandıraraq dərhal dayandırılmasını tələb edib.

Melaniya Tramp qeyd edib ki, heç vaxt Epşteynlə dost olmayıb. O, bildirib ki, yalnız bəzən eyni tədbirlərdə iştirak ediblər.

“Qəti şəkildə bildirirəm ki, mənim nə Epşteynlə, nə də onun tərəfdaşı Gisleyn Maksvell ilə heç bir əlaqəm olmayıb”, – deyə o vurğulayıb.

Melaniya Tramp əlavə edib ki, o, Epşteynin qurbanı deyil, onunla bağlı heç bir cinayət işində şahid və ya iştirakçı qismində yer almayıb. Onun sözlərinə görə, adı heç vaxt məhkəmə sənədlərində və ya istintaq materiallarında keçməyib.

O, həmçinin Epşteynin törətdiyi zorakılıqlar barədə hər hansı məlumata malik olmadığını bildirib.

Birinci xanım qeyd edib ki, Epşteynin təyyarəsində uçmayıb və onun şəxsi adasına heç vaxt getməyib.

Sizə yeni x var
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada