Modern.az

Müctəba Xameneinin sözçüsü onun son durumunu AÇIQLADI

Müctəba Xameneinin sözçüsü onun son durumunu AÇIQLADI

Dünya

Bu gün, 13:26

İranın Ali Lideri Müctəba Xamenei ölkədəki vəziyyəti nəzarətdə saxlayır və şəxsən ABŞ-İsrail koalisiyası ilə müharibəyə son qoymaq qərarına gəlib.

Modern.az xəbər verir ki, bu barədə Ali Liderin Hindistandakı sözçüsü Əbdül Məcid Hakim İlahi TASS-a bildirib.

"O, özünü çox yaxşı hiss edir, hər şey onun nəzarəti altındadır. O, ofisinə gəlir, rəsmiləri, prezidenti, parlament nümayəndəsini qəbul edir və görüşlər keçirirlər. Atəşkəs qərarı onun idi", - İlahi vurğulayıb.

ABŞ prezidenti Donald Tramp 8 apreldə İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. O bildirib ki, iki tərəf demək olar ki, bütün həll olunmamış məsələlərdə razılaşıb və Vaşinqton Tehranın 10 bəndlik təkliflərini gələcək danışıqlar üçün "işçi əsas" kimi nəzərdən keçirir.
ABŞ lideri qərarın İranın Hörmüz boğazını açmaq istəyinə əsasən verildiyini bildirib. Tehran öz növbəsində İslam Respublikasına qarşı heç bir zərbə endirilmədiyi təqdirdə "müdafiə hücumlarını" dayandırmağa razı olub. İki tərəf arasında vasitəçi olan Pakistanın Baş naziri Şahbaz Şərif onları aprelin 10-da danışıqlara dəvət edib. İran dövlət televiziyasının məlumatına görə, danışıqların birbaşa olacağı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin orduya TƏCİLİ əmr verdi - Müharibə dayandırıldı!