Modern.az

Bu ölkə ABŞ - İran danışıqlarının bərpa olunmasını tələb etdi

Bu ölkə ABŞ - İran danışıqlarının bərpa olunmasını tələb etdi

Dünya

Bu gün, 10:01

Avstraliya ABŞ və İran arasında danışıqların tez bir zamanda bərpa olunmasını tələb edir.

Modern.az xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanese bunu 13 apreldə 9News televiziya kanalında bildirib.

"Biz də öz tərəfimizdən danışıqların bərpasını dəstəkləyir, Yaxın Şərqdə insan itkisinə və mülki infrastrukturun dağıdılmasına son qoyulmasını istəyirik", - deyə o bildirib.

Albanese həmçinin qeyd edib ki, Kanberra ticarətin tez bir zamanda bərpa olunmasına ümid edir. O qeyd edib ki, mövcud vəziyyət artıq qlobal iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir göstərir və təkcə Avstraliyaya deyil, digər ölkələrə də zərər vurur.

O, münaqişənin qlobal miqyasda inflyasiya təzyiqini artırdığını vurğulayıb, böhranın tez bir zamanda həllinə və nəticələri nəzərə alınmaqla balanslaşdırılmış qərarların qəbul edilməsinə ümid etdiyini bildirib.

Sizə yeni x var
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi