Modern.az

Azərbaycanla dəmir yolunu açacağıq - Paşinyan

Azərbaycanla dəmir yolunu açacağıq - Paşinyan

Dünya

Bu gün, 16:04

Ermənistan yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyur.

Modern.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan Baş naziri Nikol Paşinyan sahibkarlarla görüşdə deyib.

O bildirib ki, bu, Ermənistanla Azərbaycan arasında bərqərar olan sülhlə əlaqələndirilir.

Paşinyanın sözlərinə görə, yaxın gələcəkdə mühüm hadisələr gözləyirlər və bu da əsasən TRIPP layihəsinin başlanması ilə bağlıdır. O vurğulayıb ki, TRIPP nəticədə Ermənistanı blokadadan tam çıxarmaq baxımından vacibdir.

“Əslində, bu gün Ermənistan artıq blokadanı aşmış sayılır. Çünki bildiyiniz kimi, Azərbaycan ərazisindən Ermənistana dəmir yolu ilə yük daşımaları mümkündür və həyata keçirilir. Eyni zamanda, ixrac əlbəttə ki, Gürcüstan ərazisindən dəmir yolu ilə mümkündür. Azərbaycanla dəmir yolu isə ilkin olaraq TRIPP layihəsi çərçivəsində açılacaq. Bu, çox vacibdir və siyasi razılaşma ondan ibarətdir ki, bu dəmir yolu heç vaxt bağlanmayacaq. Yəni bu, həm idxal, həm də ixrac üçün etibarlı marşrutdur”, — Paşinyan əlavə edib.

Sizə yeni x var
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi