Kuba prezidenti ABŞ-dan qorxmadığını bəyan edib.
Modern.az xəbər verir ki, NBC News telekanalı Kuba prezidenti Migel Dias-Kanel ilə müsahibə yayımlayıb. O deyib: “Mən qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram”.
Bu, onun Amerika televiziya kanalına verdiyi ilk müsahibədir.
Dias-Kanel bildirib ki, kubalılar “müharibə istəmirlər” və ölkə ABŞ ilə dialoqa hazırdır. “Amma əgər ABŞ-ın müdaxiləsi baş verərsə, mübarizə olacaq, biz döyüşəcəyik və lazım gələrsə, öləcəyik”, - deyə o vurğulayıb.
Kuba prezidenti həmçinin qeyd edib ki, ölkəyə qarşı tətbiq olunan hazırkı blokada ədalətsizdir, ABŞ hökumətinin hərəkətləri isə qüsurlu və pisdir.
Prezidentin sözlərinə görə, ABŞ-ın Kubaya qarşı hərbi təcavüzə başlaması üçün heç bir əsas yoxdur və bu, məntiqsiz qərar olardı.