Modern.az

Erməni nümayəndələr Azərbaycan səfərindən danışdı - DETALLAR

Erməni nümayəndələr Azərbaycan səfərindən danışdı - DETALLAR

Dünya

Bu gün, 17:02

"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycanda səfərdə olmuş Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda açıqlama verib. 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyəti  dialoqun genişləndirilməsinin və müvafiq ekspertlər arasında klaster görüşlərinə keçidin mümkünlüyünün müzakirə olunduğunu bildirib.

Nümayəndə heyətinin üzvləri səfərdən sonra bildiriblər ki, dialoq davam edəcək, lakin Ermənistandakı daxili siyasi proseslərə görə fasilə mümkündür. Erməni nümayəndələr rəsmi Bakının Ermənistandakı seçkilərlə maraqlandığını və bunun sülh prosesinə təsir göstərə biləcəyini qeyd edib.

"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycanla humanitar məsələlərin də müzakirə olunduğu vurğulanıb. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi