Modern.az

Belarusda doğuldu - Netanyahu yüksək vəzifə verdi 

Belarusda doğuldu - Netanyahu yüksək vəzifə verdi 

Dünya

Bu gün, 17:32

İsrail Baş naziri Binyamin Netanyahunun hərbi katibi general-mayor Roman Qofman "Mossad" kəşfiyyat xidmətinin direktoru vəzifəsinə təsdiqlənib.

Modern.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, Qofman iyunun 2-dən öz vəzifəsini icra edəcək.

Qeyd edək ki, Roman Qofman Belarus əsillidir. O, 1976-cı ildə Qomel vilayətinin Mozır şəhərində həkim və müəllim ailəsində anadan olub. 1990-cı ildə ailəsi İsrailə köçüb və ölkənin cənub-qərbindəki Aşdodda məskunlaşıb. Aşdodda elektrik mühəndisliyi ixtisası üzrə kollec bitirib.

1995-ci ildə İsrail Müdafiə Qüvvələrinə çağırılıb və zirehli korpusa təyin edilib. Daha sonra Milli Təhlükəsizlik Kollecini bitirib. 2011-ci ildə batalyon komandiri təyin edilib. Daha sonra Qofman müxtəlif ordu birləşmələrinə komandanlıq edib və 2020-ci ilin iyul ayında briqada generalı rütbəsinə yüksəlib və diviziya komandiri olub. 2022-ci ildə Milli Quru Qoşunları Təlim Mərkəzinin rəisi olub. 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu zamanı hücumun dəf edilməsində iştirak edib və ağır yaralanıb.

2024-cü ilin may ayında general-mayor rütbəsinə yüksəlib və İsrail Baş naziri Benyamin Netanyahunun hərbi katibi təyin edilib. O, Qəzza zolağında humanitar iş konsepsiyasının hazırlanmasında iştirak etmiş və 2025-ci ilin əvvəlində Qəzza Humanitar Yardım Fondunun yaradılmasında əsas rol oynayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi