ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) Hörmüz boğazının blokadası ilə bağlı elan etdiyi qərar qüvvəyə minir. Donald Trampın müvafiq tapşırığı Vaşinqton və Tehran arasında aparılan danışıqlarının baş tutmamasından sonra verilib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri Komandanlığının "Telegram" kanalında bildirilib.
Blokadanın İranın Ərəbistan və Oman körfəzlərində yerləşən bütün limanları da daxil olmaqla, İran limanlarına və sahil bölgələrinə daxil olan və ya oradan çıxan bütün ölkələrin gəmilərinə qarşı qərəzsiz şəkildə həyata keçiriləcəyi vurğulanıb.