Türkiyə milli müdafiə naziri Yaşar Gülər Qətərə rəsmi səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dohadakı qarşılanma mərasimindən sonra nazir Gülər yoxlama aparmaq üçün Qətər-Türkiyə Birgə Qüvvələr Komandanlığına gedib.