Modern.az

Macarıstanın əsas qanununa dəyişiklik ediləcək

Macarıstanın əsas qanununa dəyişiklik ediləcək

Dünya

Bu gün, 22:00

Macarıstanda yeni siyasi rəhbərlik ölkənin əsas qanununa dəyişiklik etməyi planlaşdırır. Bu dəyişikliklər keçmiş Baş nazir Viktor Orbanın gələcəkdə yenidən hökumət başçısı vəzifəsinə qayıtmasını faktiki olaraq mümkünsüz edə bilər.

Modern.az xəbər verir ki, Tissa Partiyasının lideri Peter Macyarın bazar ertəsi keçirdiyi beynəlxalq mətbuat konfransında verdiyi açıqlamaya görə, planlaşdırılan Konstitusiya islahatları çərçivəsində baş nazirlik müddətinə məhdudiyyət qoyulacaq. O bildirib ki, Orban artıq bir neçə dəfə - 1998-ci ildən etibarən ümumilikdə beş dəfə hökumət qurub və yeni qaydalar qüvvəyə minərsə, yenidən bu vəzifəni tuta bilməyəcək.

Müzakirə olunan əsas məsələlərdən biri də dəyişikliklərin hüquqi qüvvəsinin hansı tarixdən tətbiq olunacağıdır. Belə ki, ekspertlər arasında bu məhdudiyyətin yalnız gələcək dövrlərə aid olub-olmayacağı, yoxsa əvvəlki baş nazirlik müddətlərini də nəzərə alacağı barədə debatlar gedir.

Yeni təşəbbüs Macarıstanda baş verən ciddi siyasi dəyişikliklər fonunda irəli sürülür. Macyar bildirib ki, Konstitusiya islahatları ölkədə demokratik institutların gücləndirilməsi və hakimiyyətin balanslaşdırılması məqsədi daşıyır. Onun sözlərinə görə, bu addımlar yalnız keçmiş liderlərin deyil, gələcək hökumət başçılarının da səlahiyyətlərini məhdudlaşdıracaq.

Analitiklər hesab edir ki, planlaşdırılan dəyişikliklər qəbul olunarsa, bu, Macarıstanın siyasi sistemində uzunmüddətli struktur islahatlarının əsasını qoya bilər və ölkənin Avropa İttifaqı ilə münasibətlərinə də təsir göstərə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi