Belçikanın keçmiş kraliçası Fabiola dekabrın 5-də Brüsseldəki Stuyvenberq qəsrində 86 yaşında dünyasını dəyişib.  
Modern.az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə kral sarayının mətbuat xidməti rəsmi məlumat yayıb. 
 Məlumatda deyilir ki, 1928-ci ildə Madriddə tanınmış əsilzadə ailəsində anadan olan Dona Fabiola de Mora y Araqon 1960-cı ildə Belçika kralı Baudouinlə ailə həyatı quraraq ölkənin beşinci kraliçası olub. 
 Keçmiş kraliçanın kral ailəsinə məxsus sərdabədə dəfn olunacağı bildirilib.