Modern.az

Türkiyədə ağır qəza- 7 ölü, 16 yaralı

 Türkiyədə ağır qəza- 7 ölü, 16 yaralı

8 Fevral 2016, 22:13

 

Türkiyənin Diyarbəkir vilayətində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Modern.az saytı xəbər verir ki, hadisə Kulp-Lice yolunda qeydə alınıb. Şagirdləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub. Hadisə nəticəsində, məktəblilər daxil olmaqla 23 nəfər müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Hazırda 16 nəfər xəstəxanada müalicəsini davam etdirir.

Qəzanın başvermə səbəbləri ilə bağlı hələlik məlumat verilmir.

Faktla bağlı araşdırmalar aparılır.    

 

Modern.az

   
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi