Əkrəm Əylislinin sağlamlığı ilə bağlı müəyyən problemlər yayıldığı iddia olunub.
Mövzu ilə bağlı yazıçı Əkrəm Əylisli Modern.az saytına açıqlama verib.
O qeyd edib ki, sağlamlığı ilə bağı çox ciddi problemlər yoxdur.
“Sağlamlığım nə yaxşıdır, nə də pis. Mənim elə yaşımdır ki, sağlamlığımla bağlı şikayətlənməyə haqqım yoxdur. Problemlər də var, amma şikayətlənmirəm, yaşın hökmü var” – deyə yazıçı sonda bildirib.