Modern.az

Vətənpərvər doğulanlar və yaxud yurdsevər insanlar

Vətənpərvər doğulanlar və yaxud yurdsevər insanlar

Ədəbiyyat

12 Sentyabr 2025, 10:30

Bu yaşa çatdım heç vaxt  insanları müzakirə eləmədim. Bu nə mənim xarakterimə, nədə ki düşüncəmə uyğun gəlir. Amma, unutmamalıyıq ki yaxşını pisdən, ağı qaradan ayırmaq, insanları yaxından tanımaq üçün mütləq lazımdır.

Bir jurnalist kimi bu günədək yüzlərlə müsahibim olub, çoxlu proqramların redaktoru olmuşam və verilişlər hazırlamışam.

Sözsüz ki, bu illər ərzində müsahiblərim də fərqli olub. Demək olar ki, bütün zümrənin nümayəndələri ilə həmsöhbət olmuşam. Yəni, öncə müsahibimin hansı işlə məşğul olmasını bildikdən sonra peşəsinə aid suallarımı ona ünvanlamışam.

Və müsahiblərim sırasında hüquq-mühafizə orqanlarında xidmət edən insanlardaçox olub. Amma bəzən müsahiblərimlə maraqlı disskusiyalarımız bizi daha da yaxınlaşdırdıqca, səmimi münasibətlərimiz dostluğa çevrilib. Belə işıqlı insanlardan biri də bir qərinədən artıq tanıdığım və dostluq elədiyim, hal-hazırda təqaüddə olan polis polkovniki İmran Heydərəli oğlu Hüseynəliyevdir.

Əsl insan üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, dürüstlüyü, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

Bu sadaladığım müsbət keyfiyətlər dostum İmran Hüseynəliyevdə cəmləşmişdir.

Onunla tanışlığımız 1990-cı illərin əvvəllərinə təsadüf edir.O zaman mən jurnalist kimi Tovuz, Qazax və Ağstafa rayonlarına ezam olunmuşdum. Polkovnik  İmran Hüseynəliyev həmin illərdə Tovuz rayon polis şöbəsinin  rəisi işləyirdi. Və həmin illərdə Tovuzun Ernənistanla sərhəd olan kəndlərini  mənfur qonşularımız gülləbaran edirdi.

Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır.

İmran Hüseynəliyev də zamanın burulğanından üzüağ çıxan və Vətənə ,dövlətə bağlı olan ərənlərdəndir .

Gördüyü işin nə olduğunu anlamaq ,nə iş gördüyünü dərk eləmək ağıllı insanlara məxsusdur.Və belə insanlar bilir ki bu məsuliyyətdən irəli gələn fəaliyyət həm də şəxsiyyət ucalığına çatmaqdır.  Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur.

İmran Hüseynəliyev boya-başa çatdığı halal ailə, əhatə olunduğu saf mühit onu məhz kişi kimi yaşamağa çağırıb.

1950-ci il avqust ayının 20-də qədim yurd yerlərimizdən biri olan Naxçıvanın  Şərur rayonunun Dəmirçi kəndində kasıb bir ailədə anadan olub.

Dəmirçi kənd orta məktəbini bitirdikdən sonra bir müddət Əlibayramlı şəhərində (indiki Şirvan şəhəri) Nəqiliyyat idarəsində fəhlə kimi işə başlayıb.Daha sonra  Bədən Tərbiyəsi İnstitutuna daxil olub.Təhsilini başa vurduqdan sonra yenidən Naxçıvana qayıdıb və Şərur rayonunun orta məktəblərdə müəllim işləyib. Və onun polis orqanlarında xidmət etmək həvəsi İmran Hüseynəliyevi bir ömür-leytenantdan polis polkovniki rütbəsinədək bu çətin və şərəfli peşəyə  bağlayıb. Beləliklə  İmran müəllimi Culfa Rayon Polis Şöbəsində sahə müvəkkili, daha sonra Şərur rayon polis şöbəsində müxtəlif vəzifələrdə xidmət edib.

Həmin illərdə  Sədərək döyüşlərində  iştirak edib. Sədərək kəndinə rayon adı verildikdən sonra İmran Hüseynəliyevin vətənpərvətliyi, bacarığı və iş qabiliyyəti nəzərə alınaraq, Sədərək Rayon Polis Şöbəsinə baş sahə müvəkkili təyin edilib və daha sonra Sədərək döyüşlərində göstərdiyi igidliyə görə Sədərək Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub. Kəngərli rayonu yarandıqdan sonra isə İmran müəllim yeni yaradılan polis şöbəsinə rəis təyin olunub. Sonrakı illər İmran müəllim Toviz , Lənkəran və Göyçay rayon-şəhər polis  şöbələrinin rəisi vəzifələrində çalışıb.

Sözsüz ki, İmran Hüseynəliyevin  cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişməsində ilk növbədə valideynlərinin böyük rolu olub. Ailəsini dolandırmaq üçün hər bir əziyyətə qatlaşan atası Heydərəli kişi el arasında mərdliyi, sözünə bütövlüyü, yüksək insani keyfiyyətləri ilə tanınıb.

Bəli,əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan saf ailənin övladı da belə olmalı idi.

Şübhəsiz, Vətəni sevmək hələ tam vətənpərvərliyə dəlalət etmir.

Vətənpərvəlik daxili zəngin olmaq deməkdir.Bu zənginlik milli mənlik şüurunu formalaşdıran və əsl insanlığa xas bir hərəkətdir.

Zərurət anında gərək bu sevgini xalq və dövlət yolunda təmənnasız xidmətə çevirnəyi də bacarasan.

Dilimizdə belə bir deyim var: Hər hansı kürsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, polkovnik İmran Hüseynəliyev xidmətə başladığı ilk gündən özünü layiqincə doğrultmağa çalışdı.


2008 -ci ildə polis orqanlarından taqaüdə çıxsada fəaliyyətini Xətai rayonunda dairə seçki komisiyasının sədri kimi davam etdirib.

İmran müəllimin son 17 ili Müdafiə Sənayesi Nazirliyində çalışıb. Onun illərlə çəkdiyi əməyi ölkə başçısı tərəfindən də unudulmayıb, İmran Hüseynəliyev Vətən qarşısındakı xidmətlərinə görə Azərbaycan Respubilkası Prezidentinin 16 dekabr 2014 -cü il tarixli  924 saylı sərəncamı ilə “Tərəqqi medalı“ ilə təltif olunub. Bundan başqa, İmran müəllim Daxili İşlər Nazirliyinin yaranmasının 100 illik yubiley medalı, neçə-neçə fəxri fərman və diplomlarla təltif olunub.

Hər bir şəxsiyyətin kamillik səviyyəsi təkcə qarşıya qoyduğu nəcib amal və məqsədlərdə, saf niyyətlərdə deyil, həm də özündən sonra layiqli nəsil yetişdirmək əzmində ifadə olunur. İmran Hüseynəliyev  şəxsiyyət olmaqla yanaşı, həm də son dərəcə qayğıkeş və diqqətcil ailə başçısıdır. O, 3 oğul, 2 qız atasıdır. Ömür-gün yoldaşı Laləzar xanımla 5 övladın vətənpərvər ruhda böyüməsindən ötrü əlindən gələni əsirgəməyiblər.

Ömrünün 76-cı baharına yenicə qədəm qoyan əziz dostum İmran kişinin hələ həyata keçməyən çoxlu arzuları var. Müdriklər ömrünü ağıllı istiqamətdə tənzimlədikcə həyatın gözəlliklərindən ahıl vaxtlarında daha zövq almağa üstünlük verirlər.

Sədaqətli, səmimiyyəti insanlığa  söykənən, yaradıcı, təcrübəli insanlarla ünsiyyətdə olmaqdan zövq alan dostum, var olun.

Bəli, mənim tanıdığım İmran müəllim  belə insandır...

Avqustun 20-də İmran müəllimin 75 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Yubileyiniz mübarək, cənab POLKOVNİK!
 


Mübariz Süleymanlı,
Azərbaycan Yazıçılar Birliynin üzvü, Türk Ağsaqqalları İctimai Birliyinin İdarə heyətinin üzvü,
şair-jurnalist

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir