Və ya elmdə keçən şərəfli ömür yolu
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!
Hər uca rütbədən biliniz fəqət
Alimin rütbəsi ucadır, əlbət!
Nizami Gəncəvi.
Azərbaycan xalqı elm və mədəniyyət tariximizə,ədəbiyyat və incəsənətimizə çox parlaq simalar, sözün əsl mənasında dəyərli ziyalı, bütöv bir şəxsiyyətlər, ictimai və dövlət xadimi bəxş edib.Heç də hamı həyatında xalqın sevimlisinə,tarixi şəxsiyyətə çevrilmir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, ədəbiyyatşünas,tənqidçi, tərcüməçi, nasir, pedaqoq,filologiya elmləridoktoru, professor Məmməd Arif Dadaşzadə məhz belə parlaq simalardan, tarixi şəxsiyyətlərdən biridir.
Yadımdadır hələ uşaqlıq illərində, dünyanı dərk etməyə başlayandan Akademik Məmməd Arifin adı evimizdə həmişə ehtiram və hörmətlə çəkilirdi. Akademik anamın qohumu olduğundan bu təbii idi. Lakin,yuxarı siniflərdə oxuyarkən Məmməd Arifin əsl ziyalı, böyük alim olmasının şahidi oldum. Məsuliyyətlə deyə bilərəm ki, Məmməd Arif Azərbaycan ədəbiyyatının və ədəbi dilinin inkişafına çox böyük töhfələr vermişdir. Səlis, lakonik, ədəbi Azərbaycan dilində yazdığı dərslik, monoqrafiya, ədəbi-bədii əsərlər gənc nəslin bu tərzdə danışmasına, ritorikasına böyük təsir göstərmişdir. Bu gün Azərbaycan ədəbi dilinin təhrif olunduğu bir vaxtda Məmməd Arif dili yada düşür, tez-tez ona müraciət olunur. O, çox gözəl, diqqətcil, mülayim bir insan idi. Lakin, elmdəkonyukturanı, savadsızlığı yaxın buraxmazdı. Gənc kadrlara xüsusi diqqət və qayğı göstərər, onların həm elmi, həm də məişət məsələlərinin həllinə çalışardı. Elmdə piyada olan kim olursa olsun, hətta qohumunubelə yaxın buraxmazdı.
Bu böyük, ölməz şəxsiyyətin həyat bioqrafiyasına yenidən nəzər salaq:
Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə1904-cü ildə iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur.
1920-1925-ci illərdə o, Bakıda rus-tatar məktəbində oxumuş, I dərəcəli 5-ci sovet məktəbindəmüəllim işləmiş1925-1930-cu illərdə,eyni zamanda Xalq Maarifi İnstitutunda təhsilini davam etdirmişdir. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakultəsindətəhsil almışdır. 1930-1931-ci illərdəMoskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır.1932-1938-ci illərdə Azərbaycan Maarif Komissarının müavini,eyni zamanda Azərbaycan Pedaqoji İnstitutunun “rus ədəbiyyatı” kafedrasının baş müəllimi, dosenti olmuş, 1941-1950-ci illərdəhəmin kafedranın müdiri təyin edilmişdir.1938-1939-cu illərdə SSRİ EA Azərbaycan filialının Dil vəƏdəbiyyat İnstitutunda baş elmi işçi, 1939-1950-ci, 1957-1959-cuillərdə direktor, eyni zamanda 1941-1945-ci illərdə “Vətən uğrunda” jurnalının redaktoru, 1957-ci ildə Azərbaycan AERəyasət Heyəti nəznindəki Terminalogiya Komitəsinin sədrivəzifələrində çalışmışdır. 1954-cü ildə “ Cəfər Cabbarlının yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, üç il sonra həqiqi üzvü seçilmişdir. 1959-cu ildə Azərbaycan EA ictimai elmlər bölməsinin akademik katibi, 1960-cı ildə isə vitse-prezidenti olmuş və ömrünün sonunadək bu vəzifədə çalışmışdır. Ədəbi fəaliyyətə 1923-cü ildə “Molla Nəsrəddin” məcmuəsində çap etdirdiyi felyetonlarla başlamışdır. Ötən əsrin 20-30-cu illərində dövrü mətbuatda şer və hekayələrlə çıxış etmişdir. O,Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından biridir. Rus və dünya ədəbiyyatından sanballı tərcümələr etmişdir. Əsərləri bir çox xarici dillərə tərcümə olunmuşdur. Orden və medallarla təltif edilmişdir. Məməd Arifin 1958-ci ildə “Azərbaycan xalqının ədəbiyyatı” kitabı həm Azərbaycan, həm də rus, bolqar, ingilis, fars, və s.dillərdə işıq üzü görmüşdür.Onun ədəbi-tənqidi məqalələr, 3 cildlik “Seçilmiş əsərləri”, rus dilində 2 cildlik “Seçilmiş əsərləri”, “Sənətkar qocalmır” və digər kitabları elmi, ədəbi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilmişdir.
Məmməd Arif görkəmli ictimai və dövlət xadimi idi.O,uzun müddət SSRİ-İran Cəmiyyəti sədrinin müavini olmuş, 2 dəfə Bakı Sovetinə deputat seçilmişdir.
O, 1963-1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı və sədri olmuşdur. İki dəfə “Qırmızı əmək bayrağı”, “Lenin”, “Oktyabr inqilabı”ordenləri, “Qabaqcıl maarif xadimi” nişanı və medallarla təltif edilmişdir. Məmməd Arif 1975-ci il dekabrın 27-də Bakı şəhərində 71 yaşında vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur....
Bəli, belə bir həyat bioqrafiyası olan bir insan xoşbəxtdir. Çoxunun edə bilmədiyini bu böyük alim təkbaşına etmişdir. Onun həyat yolu gələcək alimlər üçün mübaliğəsiz bir örnəkdir. Azərbaycanın tanınmış alimlərindən akademik Bəkir Nəbiyev, filologiya elmləri doktorları Əkbər Ağayev, Pənah Xəlilov, iqtisad elmləri doktoru Ədalət Nəzərli, filologiya elmləri namizədi Kövsər Tarıverdiyeva, xalq şairləri Nəbi Xəzri, Cabir Novruz, yazıçı jurnalist Firudin Ağayev, əməkdar jurnalist Nailə Muradxanlıdan Məmməd Arif haqqında çox eşitmişdim. Həm onların dediklərindən, həm də onun əsərlərindən bu böyük alimin vurğunu oldum. Ən başlıcası o idi ki, Məmməd Arif sözün əsl mənasında böyük alim, bütöv şəxsiyyət, təmənnasız pedaqoq, dəyərli və parlaq simadır. O,çox cəsarətli, məğrur, qətiyyətli, mərd idi. Belə ki, 1950-ci ilin iyul ayında filosof Heydər Hüseynova qarşı təqib və qarayaxma kampaniyasında iştirak etməkdən faktiki olaraq boyun qaçıran Məmməd Arif Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I Katibi Mircəfər Bağırovun qəzəbinə tuş gəlmiş, bununla da həm ƏdəbiyyatvəDilİnstitutunun direktoru, həm də Universitetin “Rus ədəbiyyatı”kafedrasının müdiri vəzifələrindən azad edilmişdir. Bundan başqa Sovet İttifaqı Kommunist Partiyasının sıralarında və Azərbaycan Yazıçılar İttifaqından xaric edilmiş, bir neçə il ev dustağı olmuşdur. Lakin onu sındırmağa müvəffəq olmamışlar.
Vaxtilə onun tələbəsi olmuş, filologiya elmləri namizədi, əməkdar ali məktəb işçisi Kövsər Tarıverdiyevanın (bu il 100 illiyini qeyd etdiyimiz) xatirilərindən (ixtisarla):
Azərbaycanın elm, maarif , mədəniyyət dünyasının nəhəng korifeylərindən biri, ədəbiyyatımızın, ədəbi tənqidimizin tanınmış nümayədəsi dərin biliyə malik, bütün şüurla həyatını xalqına xidmətdə vurğulayan sözün əsl mənasındaziyalı alim Arif Məhərrəm oğlu Dadaşzadə xarüqüladə təmkinə, səbrə. dözümə,mətanətə, dəyanətə malik ədəbiyyatşünas, tərcüməçi, pedaqoq idi.
Elm dünyamızın ayrı-ayrı nümayəndələri barədə yazdığım xatirələrimdə mən demək olar ki, hamısı barədə məziyyətləri, xüsusiyyətləri, sifətləri söyləyirəm.Bunları təkrar deməyim, xatirələrinə hörmət naminə söylədiyim gəlişi gözəl sözlər deyil. Mən milli elmimizin qızıl dövründə yaşayıb yaratmış böyük şəxsiyyətlərdən söhbət açıram. O, insanlardan ki, xalqımızın iftixarı, şanı-şöhrəti, ad-sanıdır. Onlarla,bir dövrdə yaşadığıma ,çiyin-çiyinə çalışdığıma görə öyünürəm.
Arif Dadaşzadə belə alimlərdəndir.Onu məhz öz güclü zəkası, saysız xidmətləri əsrin yaşlı, orta, qismən də gənc nəsli arasında tanımayan, ləyaqətinə, insaniyyətinə məftun olmayan, alicənab təbiətinə pərəştiş etməyən ziyalıya rast gəlmək mümkün deyil.
Arif müəllimin 71 il ömründən uşaqlıq illərini çıxandan sonra qalan ömrünün hər anının xalqının maarifləndirilməsinə həsr edildiyinin şahidi oluruq.
XX əsrə tam həmyaşıd olsam da, elə indinin özündə də sevinirəm ki, həmin illər arasında (1933-1937) Arif müəllimin tələbəsi olmuşam. O, bizə rus ədəbiyyatı kursunu tədris etmişdir.O,zəngin rus ədəbiyyatı xəzinəsinin nəhəngləri olan Qriboyedov, Lermontov, Puşkin, Qoqol, Dostoyevski, Belinski, Dobrolyubov, Çexov, Lev və Aleksey Tolstoylar, Çernişevski və s. barədəki biliklərini çox sakit, həzin səslə, səlis, sadə dildə, bütün incəlikləri ilə şüurumuza elə həkk etdirirdi ki, sonradan həyatımız boyu etdiyimiz mütaliyələrimiz dönə-dönə Arif müəllimin bizə təqlid etdiyi qənaətlərin əsaslığına heyran qalırdıq. Onun söylədiyi dərin məzmunlu, şüura nüfuz edən mühazirələrindən sonra imtahana inamla hazırlaşmadan da rahat gedə bilərdik. Lakin onun zəhmətinə, səyinə,qayğıkeşliyinə minnətdarlıq, ehtiram əlaməti olaraq kursumuzun çoxsaylı tələbəsi dəridən-qabıqdan çıxırdı, imtahana elə hazırlaşırdıq ki, “3” qiymət alan heç olmazdı, “4” də az olardı. Əksəriyyət “5”qiymətinəcavab verər, onu zəhmətinin səmərəsi ilə sevindirərdik.
Sonrakı illərdə taleyim elə gətirdi ki, Arif müəllimin tələbəsi olmaqdan başqa 62 illik fəaliyyətim dövründə mən zaman-zaman onunla əməkdaşlıqetdim. O, EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunun direktoru olduğu illərdə mən institutun aspirantı,qısa müddət ərzində elmi işçi oldum. Maarif nazirinin müavini işlədiyi dövrdə isə həmin nazirliyin kadrlar şöbəsinin rəisi işlədim.
Məsul vəzifələrdə çalışmasına baxmayaraq ona ehtiyacı olan kimsəni məyus etməzdi. Onda olan yüksək məziyyətlər Allah vergisi idi. Ruhu şad olsun. O, təfəkkür sahibi idi. Hadisələri əvvəl öz təfəkkür süzgəcindən keçirər, mülahizə edər, nəticə çıxarardı.Elə buradaca Arif müəllimin xarüqüladə təmkininə, səbr və dözümünə aid, hafizəmin zəifləməsi və uzun illər keçdiyi üçün xatirəmdə günü, ili, qarışıq olsa da bir hadisəni qeyd etmək istərdim.... Bakı Filarmoniyasının üst mərtəbəsindəki akt zalında Bakı ziyalılarının yığıncağı keçirilirdi.Yığıncağa Azərbaycan MK katibi mərhum Mircəfər Bağırov sədrlik edirdi. Akademik Heydər Hüseynovun “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” adlı son əsəri müzakirə edlirdi. İlk söz müəllifə verildi. Fikirlər üst-üstə düşmədi. Akademik sözünü yarımçıq kəsib xitabət kürsüsündən düşməli oldu. Söz Arif müəllimə verildi.Sədr Arif müəllimə də onun heysiyyatına toxunan, xoşagəlməz, təbiətinə uyğun olmayan söz söylədi.Arif müəllimdə xitabət kürsüsünü tərk edəsi oldu.Onun yığınacaqda iştirak edən tələbələri, həmkarları,dostları möhkəm sarsılıb yerimizdə donub heykəlləşdik.Mən sadəcə Arif müəllimin ruhunu incitməmək üçün o sözləri təkrar etmək istəmirəm. Lakin bu ilahi səbrə, dözümə, təmkinə, dəyanətə malik şəxs özünü son dərəcə alicənablıqla,müvazinətini itirmədən idarə edə bildi. Bütün duruşu sanki deyirdi: “Həyatdır, insanın başına hər cür qəziyə, fəlakət gələ bilər!”
Sakitcə gedib yerində oturdu. Biz həyəcan keçirdiyimiz halda o, elə bil bizə təsəlli verib ovundururdu. O, belə qəribə ideal şəxsiyyət idi. Şükürlər olsun ki, onda hər şey öz yerini aldı.
Arif müəllim Azərbaycan ədəbiyyatının yaradıcılarından biri olmuşdu.50 il yorulmaq bilmədən məktəb şagirdləri üçün dərsliklər tərtib etmişdir.
Üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi”(1967), “Azərbaycan Sovet ədəbiyyatı tarixi oçerki”nin (1963) müəlliflərindən biridir. “Azərbaycan xalqının ədəbiyyatı kitabı” əsəri isə dünyanın bir neçə dillində çapdan çıxmışdı.”Azərbaycan ədəbiyyatı tarixi: qısa oçerk”(1971), “Azərbaycan ədəbiyyatı”(1974), “Azərbaycan ədəbiyyatı tarixi”(1987) kitabırus dilində buraxılmışdır.
1952-ci ildən başlayaraq Arif müəllimin azərbaycanın görkəmli alimlərindən Həmid Araslı, Feyzulla Qasımzadə, Əli Sultanlı, Mikayıl Rəfili, Cəfər Xəndan ilə şərikli yaratdıqları dərslikləri 50 ildən artıqdır ki, təkrar çap edilib məktəblər də tədris olunur. O, həm də XI-XVII əsrlərdə “Qədim rus ədəbiyyatı”, “Rus ədəbiyyatı”, “Rus ədəbiyyatı XVIII əsr” ali məktəb dərsliklərinin redaktoru və müəlliflərindən biri idi. “EA dünya ədəbiyyatının inkişaf qanunları” problemi üzrə elmi şurasının Moskvada çıxan qısa ədəbiyyat ensiklopediyasının (1962-1978) redaksiya heyətinin altı cildlik “Çox millətli sovet ədəbiyyatı tarixi” (1970-1974) baş redaksiya heyətinin üzvü idi. İran yazışçılarının konqresində (1946), şərqşünasların 25-ci beynəlxalq konqresində (1960) iştirak etmişdi. Aydın görünür ki, Arif müəllimin güclü intellektinə hər sahədə ehtiyac vardır.
Nəhəng yaradıcılıq məharəti, işgüzarlığı tələb edən tədqiqatlar, araşdırmalarla yanaşı bu yorulmaz maarif fədaisini,həm də mahir tərcüməçi kimi tanıyırlar. Arif müəllim 1928-ci ildən başlayaraq 1968-ci ilə qədər aşağıda göstərilən 19 adda rus və dünya ədəbiyyatının tükənməz xəzinəsinin cahanşümul korifeylərinin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir: K.Nikiforov “Fanar işığında”, A. Averbax “Plrotar ədəbiyyatının hegemoniyası uğrunda” , M.Qorki “Seçilmiş hekayələr”, “Makar Çudra”, “Şura ədəbiyyatının vəzifələri”, “Don Kixotun ürəyi”, Anri Barbos “Yadlarvə dostlar”, N.Ostrovski “Polad necə bərkidi” (iki dəfə 1936-1947), M. Armgen “89 nömrəli skaut”, L.N.Tolstoy “Hərb və Sülh 1-ci cild və 4-cü hissə, A.Kojevnikova “Dirilik suyu”, Makarenko “Pedaqoji poema ”, L.Vaysenberq “Kiçik bacı” və s.
Bunları sadalamaqla mən xatirəmi Arif müəllimin hərtərəfli yaradıcılığının təbliğatına çevirmək fikrində deyiləm. Sadəcə onun nə dərəcədə böyük,tükənməz enerjiyə malik olmasını bir daha xatırlatmaq istəyirəm. Çünki, o , Azərbaycan xalqına son dərəcədə zəngin, həmişəyaşar yaradıcılıq irsi bəxş etmişdir.
1940-cı ildən 1980-cı illər arasında 26 adda böyük həcmdə, sanballı kitab da çap etdirmişdir.
Bunlarla Arif müəllim həm də böyük ziyalı, mehriban ailənin başçısı idi. Ləyaqətli, ideal ailə atası idi. Hələ mən APİ-də tələbə sonra müəllimə işlədiyim dövrdə bu İnstitutun “Məktəbəqədər tərbiyə” fakultəsində tanınmış, nəcib, aramızda böyük hörmət vəsəmimiyyət olan Zümrüd xanım müəllim işləyirdi. Zümrüd xanımla Arif müəllim çox mehriban ailə həyatı qurdular. Elə 1936-cı ildən Arif müəllim bizə dərs dediyi zaman onları çox ləyaqətli, yeganə oğlanları Araz dünyaya gəldi.
Bu nümunəvi ailənin hər iki üzvü kinosevər idilər. Mən “Vətən” kinoteatrı yaxınlığında yaşadığımdan onları tez-tez “Vətən” kinoteatrının kassası önündə görərdim. Hara getsəydilər onları yalnız bir yerdə görmək olardı. Qəribə də olsa, qol-qola deyil, bir-birinin əl barmaqlarından tutaraq addımlayırdılar. Təəssüflər olsun ki, ideal, qarşılıqlı hörmət, məhəbbət əsasında qurulmuş bu həyat uzun sürmədi. Zümrüd xanım ömrünün çiçəklənən dövründə dünyasını dəyişib Arif müəllimi təhna, öz təbirimcə desəm yetim qoydu. Arif müəllim ömrünün sonunadək ilk məhəbbətinə sadiq qaldı. Bir daha evlənmədi. Bu ailənin fəxri fərəhiolan yeganə oğlanları Araz valideynlərin tam layiqli davamcısı ardıcılı oldu. ADU-nin tarix fakultəsini bitirdikdən sonra əvvəlcə EA Azərbaycan Tarixi Muzeyində baş laborant, EA Nizami adına Dil və Ədəbiyyat Universitetində aspirant, kiçik elmi işçi, ASE-in baş redaksiyasında ədəbiyyat və incəsənət redaksiyasının müdiri, daha sonra ASE-in baş redaktorunun birinci müavini işlədi. Filologiya elmləri doktoru, professor elmi dərəcəsi aldı. Arazın yazdığı bir sıra əsəri ilə yanaşı “Vaqif” adlı kitabı, azərbaycan, rus, fars, türk dillərində çap olundu. Araz EA-nın hörmətli prezidentlərindən biri akademik Zahid Xəlilovun bacısı Aidə ilə xoşbəxt ailə həyat qurdu. Bu izdivac valideynlərinə Arazın anasının adını daşıyan bir qız, bir oğlan bəxş etdi. Arazın qızı Zümrüd xanım Musiqi Akademiyasında fəaliyyət göstərir, oğlu Aqşin isə ciddi elmi işlə məşğuldur. Taleh bu ailənin üzünə gülmədi. Onların da birgə xoşbəxt həyatı uzun ömürlü olmadı. Araz cəmi 54 yaşında ikən, 1990-cı il noyabr ayının 4-də dünyasını dəyişdi və Fəxri xiyabanda dəfn olundu.
Dadaşzadə ailələrindən, ata və oğuldan mənə dəçox əziz bir xatirəyadigar qaldı. Təsadüf elə gətirdi ki, 1968-ci ilin iyul ayının 15-dən avqust ayının 3-nə qədər sürən Volqa boyu gəmi səyahətində Arif müəllimin oğlu Araz, onun xanımı Aidə, balaca qızları Zümrüd və mən birlikdə şəkil çəkdirdik. Volqa boyu şəhərlərin başqa bir dayanacağında Arif müəllim və ailə üzvələri qayıq səyahətinə çıxdılar. Kənarda dayanıb sərnişinlərə tamaşa edən və Arif müəllimin yaxşı tanıdığı şair Böyükağa Qasımzadənin həyat yoldaşı, APİ-nun müəlimi, həm də mənim sabiq tələbəm Sona xanımı, məni, mərhum akademik Əlisöhbət Sumbatzadənin həyat yoldaşı Həvva xanımı görkəmli tarixçimiz Məmməd müəllimin arvadı Qızxanımı öz qayıqlarına dəvət etdi. Dəvəti məmnuniyyətlə qəbul etdik. Hətta bu ailə birikdə təbərrik kimi əbədi xatirə qalan bir şəkil də çəkdirdik.
Bir qayınata kimi Arif müəllimin gəlininə olan münasibəti, onunla gəlin arasında olan incə rəftar, hədsizmehribançılıq, doğmalıq, qayğıkeşlik çox diqqətə layiq idi. Bu nəcib, qayınata-gəlinin, qarşılıqlı ehtiramla rəftarına hər hansı bir qaynata həsəd aparar, qibtə edə bilərdi...”
Yaxşı xatırlayıram,10 il öncə, Akademik Məmməd Arifin 100 illiyi münasibətilə Xızı rayonunun Mədəniyyət Sarayında alimin Yubiley mərasimi keçirildi. Çünki, Məmməd Arif əslən Xızının Bəylik kəndindəndir və onun böyük şəcərəsi vardır.Xızı rayonunun o zamankı rəhbərliyi və mədəniyyət şöbəsinin müdiri Sənan Talıbov bu yubileyin yüksək səviyyədə keçirilməsi üçün xeyli işlər gördü. Bakıdan və respublikanın digər bölgələrindən də oraya qonaqlar axışaraq, böyük alimin xatirəsini anmağa ona olan sevgini, ehtiramlarını bildirməyə gəlmişdirlər.
Bu günlərdə 2014-cü il aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti Zati –Aliləri cənab İlham Əliyev “ Akademik Məmməd Arifin anadan olmasının 110 illiyinin keçirilməsi” haqqında sərəncam vermişdir. Ümid edirəm ki, əlaqədar təşkilatlar qurumlar bu parlaq, nurlu simanın yubileyini onun ruhuna hörmətlə, yüksək səviyyədə həyata keçirəcəklər. Çünki, belə bir şəxsiyyətlər həqiqətən dünyaya 100 ildən bir gəlirlər.
Qafar Əsgərzadə,
Pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Jurnalistlər Birliyin üzvü