Əli Əhməd oğlu Məsimli 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Çoxsaylı broşürlərin və məqalələrin müəllifidir. Rus dilini bilir.
1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993–2005-ci illərdə «Müstəqil İqtisadçılar Birliyi» ictimai təşkilatının prezidenti vəzifələrində çalışıb.
Azad Demokratlar Birliyi Təşkilat Komitəsinin sədridir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Azərbaycan-Çin, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveçrə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
|
|
| Bu şəkli ibtidai sinifdə oxuyanda çəkdirmişəm. |
| |
| 1967-ci il. Yeddinci sinifdə oxuyuram. Arxa sırada tən ortada dayanmışam. |
| |
| Şəkil 1969-cu il 22 may tarixində lentə alınıb. Artıq doqquzuncu sinifdə oxuyuram. Arxada soldan 4-cü mənəm. |
|
|
| Sovet Ordusunda hərbi xidmətdəyəm. |
|
|
| Anamdı. Təəssüf ki, anamla və atamla birgə şəkilim yoxdu. |
|
|
| Bu şəkil 1971-ci ildə mən tələbə olanda çəkilib. Yanımdakılar qardaşım uşaqlarıdır. |
|
|
| Gənc vaxtlarımdı. Uşaqları gəzməyə çıxarmışam. |
|
|
| Aspiranturada oxuduğum vaxtların şəklidi. |
|
|
| Atam Əhməd Məsimli müharibə iştirakçısı olub. |
|
|
| Gənclik illərinin daha bir xatirəsi... |
|
|
| Türkiyənin ali rəhbərliyi ilə yanaşı. |
|
|
| Bu şəkil mən baş nazir işləyərkən çəkilib. Görüşdə Azərbaycan baş nazirinin I müavini Vahid Əhmədov, Türkiyə prezidenti Turqut Özal, Azərbaycan prezidenti Əbülfəz Elçibəy və Türkiyənin xarici işlər naziri Hikmət Çətin iştirak edir. |
|
|
| Baş nazir kimi ABŞ konqresmenini qəbul edərkən. |
|
|
| 21 mart 1993-cü il. Türk Dövlət və Topluluqlarının Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayında. |
|
|
| Həmin qurultayda Türkiyənin 8-ci prezidenti Turqut Özal və baş nazir Süleyman Dəmirəl, Quzey Kıprıs Türk Cümhuriyyətinin prezidenti Rauf Denktaşla birgə. |
|
|
| 2001-ci ildə Yaponiyanın paytaxtı Tokioya getmişdim. |
![]() |
| Bu şəkil də Yaponiyada çəkilib. |
|
|
| Türkiyədə səfərdəyik. |
|
|
| Yaponiyada səfərdə olarkən bu ölkənin milli bayramında iştirak etdik. |
|
|
| 2001-ci il. Tokio Fond Birjasında. |
|
|
| Malayziyada avtomobil zavodundayam. |
| |
| Türkiyədə dostlarla birgə. |
|
|
| 2005-ci il parlament seçkilərinə hazırlaşıram. |
|
|
| Bolqarıstana beynəlxalq konfransa getmişdik. |
|
|
| Soldakı məşhur türk pəhləvanı, ağırlıqqaldırma üzrə dəfələrlə dünya çempionu Naim Süleymanoğludur. |
|
|
| Milli Məclisin üzvlərilə Londonda səfərdəyik. |
|
|
| Milli Məclisin üzvü kimi çəkdirdiyim yaxşı şəkillərdən biri. |
|
|
| 2008-ci il. Avstriyanın paytaxtı Vyana şəhərində. |
|
|
| Parlament Jurnalistləri Birliyinin keçirdiyi sorğuda 2009-cu ilin fəal deputatlarından biri də mən oldum. |
|
|
| Oqtay Əsədovun rəhbərlik etdiyi Milli Məclis üzvləri Xorvatiya prezidenti ilə görüşdəyik. |
![]() |
| Deputat həmkarlarımla Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşürük. |
|
|
| Vaxtilə Nazirlər Kabinetində birgə çalışdığım Vahid Əhmədovla Milli Məclisdə yanaşı əyləşirik. |
|
|
| Oğlum Anarla birgəyəm. |
| |
| Xəzər dənizində gəmi ilə gəzinti işdən sonra yorğunluğun aradan qalxmasına kömək edir. |