 
                                Murtuz Nəcəf oğlu Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. «İstiqlal» ordeni, «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilib. MDB-nin «Sodrujestvo» ordeninə və Rusiya Federasiyasının «Dostluq» ordeninə layiq görülüb. Kiyev Milli Universitetinin fəxri doktorudur. Beynəlxalq Hüquq Assosiasiyasının və Azərbaycan Hüquqşünaslar İttifaqının üzvüdür. 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilirdi. 
  1954-cü ildən Azərbaycan Dövlət Universitetinin Dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən Beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1993–1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub. 
  1965-ci ildən universitetin Konstitusiya hüququ kafedrasının müdiri idi. 
  Yeni Azərbaycan Partiyası sədrinin müaviniydi. 
  Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb. 3 övladı var.
   
  
| 
 | 
| Murtuz Ələsgərov Bakı Dövlət Universitetinin tələbəsi olarkən... | 
| 
 | 
| Gənc Murtuz tələbə yoldaşlarının əhatəsində (tən ortada əyləşib). | 
| 
 | 
| Universitet yataqxanasında (sağdan 1-ci). | 
| 
 | 
| Unudulmaz o illər... Onun tar çalmağı da olub... | 
| 
 | 
| Ömrün bahar çağında... | 
| 
 | 
| Gənc Murtuz Ələsgərov artıq universitetin müəllimidir. | 
| 
 | 
| Ailə üzvlərilə birgə... | 
| 
 | 
| Murtuz müəllim auditoriyada... | 
| 
 | 
| Pedaqoji fəaliyyətin rektor zirvəsində... | 
| 
 | 
| Murtuz müəllimim həyat yoldaşı Nabat xanım nəvələriylə birgə... | 
| 
 | 
| Ömür-gün yoldaşı Nabat xanımla... | 
| 
 | 
| Türkiyə Cümhuriyyətinin o zamanki prezidenti Əhməd Necdət Sezərlə... | 
| 
 | 
| Spikertin 70 yaşı tamam olub. Deputatlar onu təbrikə gəliblər. | 
| 
 | 
| İran prezidenti Məhəmməd Xatəmi ilə... | 
| 
 | 
| Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının XVII plenar sessiyasında. | 
| 
 | 
| Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Aytac Yalman Milli Məclisin spikerinin qəbulunda. | 
| 
 | 
| Vatikan dövlətinin nümayəndə heyəti Milli Məclisdə. | 
| 
 | 
| Professor İhsan Doğramacı ilə... | 
| 
 | 
| Soldakı Moskva şəhərinin əvvəlki meri Yuri Lujkov, sağdakı Azərbaycanın Rusiyadakı sabiq səfiri Ramiz Rizayevdir. | 
| 
 | 
| Heydər Əliyevlə birgə... | 
| 
 | 
| Çində səfərdə olarkən... | 
| 
 | 
| Spiker Murtuz Ələsgərov məcburi köçkünlərlə görüşdə... | 
| 
 | 
| Şəhidlər Xiyabanında... | 
| 
 | 
| 8 mart bayramında xanım deputatları təbrik zamanı... | 
| 
 | 
| Milli Məclisin sədrinə jurnalistlərin sualları həmişə çox olur... | 
| 
 | 
| BMT Baş katibinin müavini Antonio Maria Kosta ilə.. | 
| 
 | 
| Prezident İlham Əliyevlə birlikdə... | 
| 
 | 
| Murtuz Ələsgərovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Böyük Britaniyada. | 
| 
 | 
| Murtuz Ələsgərov öz xanımı ilə prezident seçkisinin səsverməsinə gedir... | 
| 
 | 
| Murtuz Ələsgərov xanımı, oğlanları, gəlinləri və nəvələriylə... | 
| 
 | 
| İki spiker: biri keçmiş, o biri indiki... | 
| 
 | 
| Ömrün ahıllıq çağı.... |