Modern.az

Bakıda iki nəfər küçədə bir-birini ürəyindən bıçaqladı

Bakıda iki nəfər küçədə bir-birini ürəyindən bıçaqladı

Hadisə

5 Oktyabr 2019, 10:40

Bakıda iki nəfər bıçaqlanıb.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında baş verib.

İsmayıllı rayon sakini, 1979-ci il təvəllüdlü Nağıyev Sərraf Ağazadə oğlu Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini, 1977-ci il təvəllüdlü Həşimov Ramin Mikayıl oğlu 3-cü mikrorayon dairəsində mübahisə edib. Mübahisə zamanı hər iki şəxs bir-birini ürəyindən bıçaqlayıb. Nəticədə S.Nağıyev döş qəfəsinin, boyun, çənə və dirsək nayihələrinin kəsilmiş-deşilmiş yaraları, R.Həşimov isə döş qəfəsinin, kürək və qol nayihələrinin xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi