Modern.az

İranda növbəti FACİƏ: 20 ölü, 23 yaralı

İranda növbəti FACİƏ: 20 ölü, 23 yaralı

9 Yanvar 2020, 10:43

İranda avtobusun aşması nəticəsində 20 nəfər həyatını itirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tehrandan Kunbendə səfər edən sərnişin avtobusu Mazandaran-Duab yolunda aşıb. Qəza nəticəsində 23 nəfər ölüb, 20 nəfər yaralanıb. İran dövlət televiziyasının verdiyi məlumata görə, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

 

İl ərzində 20 minə yaxın insanın avtomobil qəzası zaman dünyasını dəyişdiyi İranda sürət həddinin yüksək olması və avtomobildən çox istifadə edilməsi əsas problemlərdən biridir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi